Tanınmış klub prezidentinin nəvəsi “Neftçi”yə elə bir möhtəşəm qol vurdu ki… VİDEO

16:00 Hadisə 172
Tanınmış klub prezidentinin nəvəsi “Neftçi”yə elə bir möhtəşəm qol vurdu ki… VİDEO

«Sabahın ulduzlar»ı turniri davam edir.

14 yaşlılar arasında yarışda möhtəşəm qol vurulub.

EFA-nın hücumçusu Bəybala Məmmədov «Neftçi» ilə qarşılaşmada adını tabloya yazdırmağı bacarıb.

Yeniyetmə forvard təqribən 35-40 metrdən qapıya endirdiyi güclü zərbəylə diqqət mərkəzinə düşüb.

Super qola imza atan bu uşaq kim olsa yaxşıdır? O, «Şahdağ»ın sabiq prezidenti Bəybala Məmmədovun nəvəsidir.

Tanınmış klub prezidentinin nəvəsi

Baba Bəybala Məmmədov Qusar futbolunun canlı əfsanəsidir. Rayonun ən hörmətli şəxslərindən biridir.

«Şahdağ» Qusar üçün böyük əhəmiyyət kəsb edir. Ötən əsrin sonunda klubun fəaliyyətini bərpa eləyən iş adamı illərboyu onun prezidenti olub.

«Şahdağ» B.Məmmədovun rəhbərliyi altında uğurlu dönəm yaşayıb, Birinci Liqadan Premyer Liqaya yüksəlib, ölkə çempionatına rəng qatıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti