“Sportinfo” ailəsi – Bizi bir də bu cür görün - FOTOLAR

25 Noyabr 2021 15:00 Hadisə 811
“Sportinfo” ailəsi – Bizi bir də bu cür görün - FOTOLAR

Dünən “Sportinfo” ailəsində xoş günü idi.

Saytın təsisçısı, baş redaktoru, bütün ağırlığı çiyinlərində daşıyan, çoxlarının “snayper” gözündə gördüyü İlkin Vaqifoğlu 40 yaşını tamamlayırdı.

“40 yaşı qeyd etməzlər” deyiblər. Biz də qeyd etmədik. Yığışmağımızın bəhanəsi ad günü olsa da, əsas məqsəd tam tərkibdə bir araya gəlib xoş vaxt keçirmək idi.

Ağsaqqalımız Natiq Muxtarlının təcrübəsindən doğan “tarixi hadisələri” eşitmək, idman jurnalistikasının "sandığı" İlkin Fikrətoğlu kimi tanıdığınız İlkin Xəlilovun zarafatlarına gülmək nəyə desən dəyərdi.

Səbəbkara sağlıq demək üçün yaradılan fürsətin aldığı zaman isə dünya tarixinə düşdü. O. saytın yaranmasından tutmuş bu günə qədər keçdiyi yolu nəql etdi, məclisə çay gəldi, stəkanlar boşaldı, yoldaşlardan birinin “suyu” süfrəyə dağıldı.

Yekunda badələri onun həmişəkitək spirtli içkidən və sağlıq deməkdən uzaq olmasının sağlığına qaldırdıq.

Saytın “qara işləri”ni görən Mirsəid, keçmişi futbol meydanı ilə bağlı olan Xanoğlan, yığıncağa sonradan qoşulmasına baxmayaraq, “sürətimizə çatan” Elçin də zaman-zaman maraqlı hadisələri yada salıb, məclisə rəng qatanlar idi.

Ad günün mübarək, sənətkar! Allah sənə İsa bulağından axan su qədər ömür nəsib etsin!

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!