“Mən açıq və düzgün danışacam“ – Karyerası, üzləşdiyi problemlərlə bağlı 

13 Oktyabr 15:40 Hadisə 203
“Mən açıq və düzgün danışacam“ – Karyerası, üzləşdiyi problemlərlə bağlı 

“Mançester Yunayted”in sabiq щцъумçusu Ueyn Runi haqda sənədli film çəkiləcək.

Sportinfo.az xəbər verir ki, bu haqda Runi özü məlumat verib.

Filmdə onun karyerası ilə yanaşı, üzləşdiyi problemlər haqda da söhbət açılacaq:

“Mən açıq və düzgün danışacam. Bütün vacib məsələlərə toxunmaq istəyirəm. İstəyirəm ki, insanlar məni və ailəmi olduğumuz kimi tanısın, daha təqdim edilən kimi yox.

Son 20 ildə çox şey baş verib. İstəyirəm ki, insanlar Liverpulun problemli rayonunda böyüməyin necə çətin olduğunu bilsinlər.

16 yaşında diqqət mərkəzinə düşmək, populyar olmaq və səhv buraxmamaq asan deyil. Bunlar haqda danışmağı çox istəyirəm. İnanıram ki, insanların marağını çəkəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:20 Pullu kişinin ac balası