"Neftçi"nin legionerinin övladları himnimizi oxudu - VİDEO

20 Sentyabr 2021 13:40 Hadisə 630
"Neftçi"nin legionerinin övladları himnimizi oxudu - VİDEO

“Neftçi”nin feysbuk səhifəsindəki paylaşımı böyük maraq doğurub.

Sportinfo.az xəbər verir ki, paylaşımda paytaxt klubunun serbiyalı müdafiəçisi Vojislav Stankoviçin övladlarının “Keşlə” ilə oyundan (3:0) öncə Azərbaycan dövlət himnini oxuduqları video yer alıb.

Uzun illərdir ölkəmizdə çıxış edən, bu müddətdə “İnter” (indiki “Keşlə”) və “Qəbələ”nin də formasını geyinən Stankoviçin iki azyaşlı oğlunun himnimizi ürəklə oxuması təqdirəlayiq haldır.

Bu, 34 yaşlı müdafiəçinin ailəsinin özünü Azərbaycana yaxın hiss etdiyini göstərir.

Vojislav Stankoviç 2015-ci ilin əvvəlindən karyerasını Azərbaycanda davam etdirir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!