Həbib azərbaycanlı idmançıya yazdı: "Mənim köməyimə ehtiyacınız olarsa..." - FOTO

19 Sentyabr 2021 01:10 Hadisə 1 563
Həbib azərbaycanlı idmançıya yazdı: "Mənim köməyimə ehtiyacınız olarsa..." - FOTO

Həbib Nurməhəmmədov azərbaycanlı MMA idmançısı Nəriman Abbasovu təbrik edib.

Sportinfo.az xəbər verir ki, o, yeznəsi Şamil Zavurovu dünən nokauta salan Nərimana nə vaxt lazım olsa, kömək edə biləcəyini bildirib:

“Nəriman Abbasovu səmimi qəlbdən təbrik edirəm, bu, idmandır və ən başlıcası hörmətdir. Sənə uğurlar arzulayıram, qardaş.

Sən və komandanda olanlar çox layiqli insanlarsınız. Mənim köməyimə ehtiyacınız olarsa, hər zaman sizə kömək etməkdən məmnun olaram. Allah sizi qorusun”.

Nəriman Abbasov karyerasının sonuncu döyüşünü keçirən Şamil Zavurovu elə birinci raundda nokauta salaraq kəmərə sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu