"Biz Azərbaycan millisindən daha təcrübəliyik, əsəbilikdən danışmağa dəyməz"

18 Sentyabr 2021 23:40 Hadisə 1 122
"Biz Azərbaycan millisindən daha təcrübəliyik, əsəbilikdən danışmağa dəyməz"

"Nəticə var, 3 xal qazandıq. Amma yaratdığımız qol şanslarını bir çoxunu dəyərləndirə bilmədiyimiz üçün narazıyam".

Sportinfo.az xəbər verir ki, bunları qadın fubolçulardan ibarət Rusiya millisinin baş məşqçisi Yuri Krasnojan evdə Azərbaycana 2:0 hesabı ilə qalib gəldikləri 2023-cü il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis rəqib müdafiəsini yarmağın sevindirici olduğunu bildirib:

"Biz Azərbaycan millisindən daha təcrübəliyik. Ona görə də əsəbilikdən danışmağa dəyməz. Amma rəqibin necə fədakarlıqla müdafiə olunmasına da diqqət yetirmək lazımdır".

Təcrübəli baş məşqçinin sözlərinə görə, əsas hədəfləri final mərhələsinə vəsiqə qazanmaqdır:

"Qrupun favoriti Danimarka yığması hesab olunur. Amma bu o demək deyil ki, hər iki matçda onlardan güclü ola bilməyəcəyik.

Əsas rəqiblərimiz sırasında Monteneqro, Bosniya və Herseqovinanı da qeyd edə bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"