Iraq olsun… Advokat

2 Avqust 2021 01:52 Hadisə 704
Iraq olsun… Advokat

İraq yığmasına yeni baş məşqçi təyin olunub.

Sportinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Dik Advokat çalışdıracaq.

Bu barədə İraq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 73 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Advokat artıq iki dəfə karyerasını bitirdiyi elan etsə də, yenə fəaliyyətini davam etdirir. O, hələ Türkiyənin “Fənərbaxça” klubunu çalışdırarkən, 2017-ci ildə karyerasını bitirəcəyini söyləmişdi.

Lakin ondan sonra təcrübəli məşqçi Niderland yığmasında, həmçinin “Sparta” və “Utrext”də çalışmışdı.

2019-cu ilin oktyabrından isə o, “Feyenoord”u çalışdırırdı. Bu yay o, sözügedən klubdan ayrılanda da göz yaşları içində karyerasını sonlandırdığını bəyan etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”