Atası "Kəpəz"də, "Şəmkir"də, oğlu “Milan”da

25 İyul 2021 20:40 Hadisə 1 333
Atası "Kəpəz"də, "Şəmkir"də, oğlu “Milan”da

“Rubin”ın gürcüstanlı yarımmüdafiəçisi Xviça Kvaratsxeliyaya karyerasını “Milan”da davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə metaratings.ru portalı məlumat yayıb.

Mənbə yazır ki, İtaliya klubu ilə gənc oyunçu arasında əldə edilən razılıq “Milan”nın sabiq müdafiəçisi, hazırda Tiflis şəhərinin meri Kaxa Kaladzenin vasitəçiliyi ilə əldə edilib.

İtaliyanın digər təmsilçisi “Yuventus”da 20 yaşlı istedadlı futbolçunu transfer etməyə cəhd edirdi.

Xviça “Kəpəz“ və “Şəmkir”də göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş hücumçu Badri Kvaratsxeliyanın oğludur. Ata Kvaratsxeliya Azərbaycan millisində çıxış etməklə yanaşı, “Standard“ıı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?