Gənc futbolçu məşqdə yıxıldı, huşunu itirdi, ürəyi dayandı - FOTO

24 İyun 2021 10:00 Hadisə 452
Gənc futbolçu məşqdə yıxıldı, huşunu itirdi, ürəyi dayandı - FOTO

Macarıstanın "Andraşid" klubunun 18 yaşlı futbolçusu Viktor Marsel məşq zamanı ölüb.

Sportinfo.az xəbər verir ki, klub prezidenti Zoltan Soos gənc futbolçunun məşq zamanı qazona yıxılaraq huşunu itirdiyini bildirib.

"Komanda yoldaşları və məşqçi dərhal gənc oyunçuya yardıma atıldılar, onu sabit vəziyyətə gətirməyə çalışdılar.

Onlar təcili yardım xidmətinin rəhbərliyi altında ürəyin və defibrilyatorun masajından istifadə edərək, reanimasiyaya başladılar", - deyə klub rəsmisi əlavə edib.

Stadiona gələn təcili tibbi yardım reanimasiya hərəkətlərini davam etdirib, ancaq oyunçunu xilas etmək mümkün olmayıb.

"Viktor Marsel Heqedyusun simasında biz istedadlı oyunçunu, komanda yoldaşımızı və dostumuzu itirdik.

Onun yoxluğunu qəbul etmək yalnız ailəsi üçün yox, "Andraşid"in bütün üzvləri üçün çətin olacaq. Doğmalarına başsağlığımızı ifadə edirik!” - Soos vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti