“Gördüm ki, Ronaldo onu yığışdırdı, mən belə etməyəcəm” - VİDEO

18 İyun 2021 19:10 Hadisə 3 487
“Gördüm ki, Ronaldo onu yığışdırdı, mən belə etməyəcəm” - VİDEO

Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko “Avro-2020”nin sponsorları ilə bağlı jest edib.

Sportinfo.az xəbər verir ki, hadisə dünən Şimali Makedoniyaya qarşı matçdan (2:1) sonra baş verib.

31 yaşlı futbolçu Kriştiano Ronaldo və Pol Poqbadan fərqli olaraq, turnirin sponsorları olan “Coca-Cola” və “Heineken”i dəstəkləyib.

O, mətbuat konfransında masanın üzərində olan “Coca-Cola” və “Heineken” içkilərinin şüşələrini özünə tərəf çəkərək zarafatla deyib:

“Gördüm ki, Ronaldo “Coca-Cola”nı yığışdırdı. Mən belə etməyəcəyəm. Mənimlə əlaqə saxlayın”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"