Təcili yardım gecikdi, Azərbaycanda çempionat oyunu 1 saat yubandı - FOTO

7 May 2021 20:00 Hadisə 853
Təcili yardım gecikdi, Azərbaycanda çempionat oyunu 1 saat yubandı - FOTO

Birinci divizionda hazırda davam edən MOİK – “Sumqayıt” matçı 16:00-da başlamalı olsa da, qarşılaşma 1 saat gec start götürüb.

Sportinfo.az xəbər verir ki, buna səbəb oyuna Təcili Tibbi Yardım maşınının gec gəlməsidir.

Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov “qafqazinfo”ya açıqlamasında bildirib ki, nadir hallarda da olsa, bu cür vəziyyətlə üzləşirlər:

“Matçlardan 2 saat öncə xidməti iclas keçirilir. Burda əvvəllər Təcili Tibbi Yardım xidmətinin nümayəndəsi də iştirak edirdi.

Amma biz ölkədəki pandemiya vəziyyətini nəzərə alıb onların iştirakını 1 saat əvvələ qədər çəkmişik. Məsələn, matç 15:00-da olacaqsa, nümayəndə 14:00-da gəlir.

Lakin bəzi hallarda gecikmələr də olur, amma nadir hallarda bu baş verir. Bu gün də belə bir hal baş verib. PFL olaraq dərhal nəzarətə götürdük və 16:30-da artıq Təcili Tibbi Yardım maşını burda idi.

Sadəcə, biz futbolçuların isinmə hərəkətlərinə ehtiyacı olduğunu və matçöncəsi bəzi tərbirləri nəzərə alaraq, 17:00-da başladıq.

İstənilən halda məsələ AFFA nümayəndəsinin raportunda qeyd olunacaq və AFFA İntizam Komitəsi lazımi ölçü götürəcək. PFL də meydan sahibi komandaya bildirəcək ki, belə hallar təkrarlanmasın”.

Digər Xəbərlər
Xəbər Lenti