Ronaldonun hərəkətinə münasibət: “Təəssüf ki, bunlar olur"

23 Aprel 2021 01:52 Hadisə 967
Ronaldonun hərəkətinə münasibət: “Təəssüf ki, bunlar olur"

"Yuventus"un baş məşqçisi Andrea Pirlo komandanın hücumçusu Kriştiano Ronaldonun A seriyasının 32-ci turunda "Parma" ilə matçda (3:1) etdiyi hərəkətə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, ilk hissədə rəqib komandanın yarımmüdafiəçisi Qaston Bruqmanın cərimə zərbəsindən hesabı açdığı epizodda Turin təmsilçisində canlı sədddə olan futbolçulardan təkcə Kriştiano Ronaldo tullanmayıb.

O, əvəzində qolu ilə üzünü örtüb. Top isə Ronaldonun başının üzərindən tora daxil olub.

Pirlo İtaliya mətbuatına portuqaliyalı hücumçunun hərəkəti ilə bağlı deyib: “Təəssüf ki, bunlar olur. Növbəti matçlarda nə edəcəyimizi və onu canlı səddə qoymağa dəyib-dəymədiyini qiymətləndirəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti