Paşinyan “İskəndər”lə bağlı açıqlamasından geri çəkildi

1 Mart 2021 17:50 Hadisə 1 057
Paşinyan “İskəndər”lə bağlı açıqlamasından geri çəkildi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın “İskəndər” raket sistemlərinin effektivliyi barədə səhv məlumatlandırılıb.

Sportinfo.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Mane Gevorgyan "Armenpress" agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Paşinyanın bu açıqlamasına ona verilən səhv məlumatlar səbəb olub, bu məsələ ötən gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı da gündəmə gətirilib:

"Ermənistan Baş naziri ilə Rusiya Prezidenti arasında telefon danışığı zamanı, digər məsələlərlə yanaşı, Baş nazirin İskəndər sistemlərinin Ermənistan tərəfindən istifadəsinə dair açıqlaması müzakirə edilib.

O, faktları və məlumatları müqayisə edərək onun mövcud situasiyada yanlış məlumatlandırıldığı qənaətinə gəldi".

Erməni rəsmisinin sözlərinə görə, Paşinyanın açıqlamasının hərbi əməkdaşlıq sahəsində Ermənistan-Rusiya münasibətlərinin mahiyyəti və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur:

"Rus silahlarının dünyanın ən yaxşı silahlarından biri olduğuna da şübhə yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?