Baku City Hospital bu dəfə 50-ə yaxın qaziyə öz dəstəyini verdi - FOTOREPORTAJ

25 Fevral 2021 12:50 Hadisə 1 144
Baku City Hospital bu dəfə 50-ə yaxın qaziyə öz dəstəyini verdi - FOTOREPORTAJ

44 günlük Vətən Müharibəsində cəsarətli Ali Baş komandan, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz qələbə çalaraq, işğalda olan vətən torpaqlarımızı azad etdi.

Müharibə başlayandan Baku City Hospitalın həkim kollektivləri tərəfindən müharibə bölgəsindəki xəstəxanalarda, Hərbi Hospitalda, eyni zamanda, bu klinikada yaralı qazilərə lazım olan çoxsaylı cərrahi əməliyyatlar aparılıb.

Sportinfo.az xəbər verir ki, döyüşlər başlayan gündən Baku City Hospital orduya hər cür dəstək göstərməkdə davam edir.

23.02.2021-ci il tarixində saat 10:00-dan 17:00-dək Baku City Hospitalda Moskva şəhəri, Rusiya Mərkəzi Travmatologiya və Ortopediya İnstitunun İrinli fəsadlar və travmaların ağırlaşmaları şöbəsinin Baş elmi işçisi, Professor Akşin Bağırov , Tibb Elmlər Namizədi Ortoped – travmatoloq Bayram Qorçiyevin rəhbərliyi altında qazilərin müayinə və müalicələri ilə bağlı açıq qapı günü keçirilib.

Bu aksiyada II Qarabağ Müharibəsində iştirak etmiş 50-ə yaxın qaziyə ödənişsiz konsultasiya, rentgen müayinəsi, kompyuter tomoqrafiya müyinəsi, nevropatoloq Elşən Qarayevin, psixiatr Aytən Namazovanın, Ortoped – travmatoloq Babək Əlinağıyevin, Rəşad Məmmədovun, Sənan Quliyevin, Elcan Mirzəzadənin konsultasiya xidmətləri göstərilib.

Zərurət yarandıqda ambulator müalicə, kiçik və böyük ölçülü cərahi əməliyyatlara cəlb olunub.

Baku City Hospitalın kollektivi ümidvardır ki, atdığı bu addım II Qarabağ Müharibəsində iştirak etmiş bir çox qazilərin müayinə və müalicəsi üçün öz töhvəsini verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!