"Yaxın vaxtlarda Xankəndi də Azərbaycana inteqrasiya olacaq"

22 Fevral 2021 10:50 Hadisə 12 405
"Yaxın vaxtlarda Xankəndi də Azərbaycana inteqrasiya olacaq"

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Xankəndi şəhəri və hazırda ermənilərin yaşadığı digər Qarabağ ərazilərinin tam şəkildə Azərbaycana inteqrasiya olunacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, keçmiş diplomat bu barədə məlumat aldığını və ictimaiyyətə açıqlanmayan danışıqların getdiyini söyləyib.

O, həmçinin iddia edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın azərbaycanlı həmkarı və Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla xüsusi görüşü planlaşdırılır.

"Qapalı görüş Armen Abazyanın bu yaxınlarda Moskvaya səfəri zamanı razılaşdırılıb və yaxın günlərdə Suqovuşandan çox da uzaq olmayan ərazidə baş tutacaq.

Üçtərəfli görüşdə infrastruktur məsələlərinin və əslində Qarabağ bölgəsinin digər hissələrini Azərbaycana inteqrasiya etmək üçün atılacaq addımların müzakirəsi planlaşdırılır", - deyə sabiq diplomat vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!