
Mahir Emrelinin formasını geyindiyi "Dinamo" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Xorvatiya təmsilçisi "Bavariya"dan Qabriel Vidoviçi rənglərinə bağlayıb.
19 yaşlı sol vinger 2023/2024 mövsümünü icarə əsasında "Dinamo"nun heyətində keçirəcək. Zaqreb təmsilçisi gənc oyunçunu birdəfəlik transfer etmək hüququna sahibdir.
Qabriel Vidoviç "Bavariya"nın yetirməsidir. Xorvatiya U-21 millisinin üzvü son mövsümü icarə əsasında Niderlandın "Vitess" klubunda keçirib.