“Evə getmək üçün vaxtım olacaq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “İmişli”nin hücumçusu Nikola Karaklayiç deyib.
Premyer Liqanın debütantı serbiyalı legionerlə 2 illik müqavilə imzalayıb.
30 yaşlı balkanlı ön xətt oyunçusunun son klubu ölkəsində "Novi Pazar" olub.
Karaklayiç burada darıxmadığını bildirib:
“İndi dincəlmək zamanı deyil. Çempionatda yaranan son fasilə dövründə üç gün vaxtımız oldu.
Bu müddətdə Bakıda qalıb bərpa olundum, istirahət etdim. Serbiyaya yeni il öncəsi qayıdacam.
Ona isə hələ var. Hər həftə oyunumuz olacaq.
Qarşıdakı müddətdə əlimdən gələni edəcəm ki, komandaya xeyrim dəysin“.

