Himn çalınarkən efirə verilməyən “Bozqurd” görüntüsü - VİDEO

8 İyul 2024 02:50 Hadisə 971
Himn çalınarkən efirə verilməyən “Bozqurd” görüntüsü - VİDEO

Avro-2024-ün dünən keçirilən Niderland - Türkiyə oyunu zamanı maraqlı hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə Cümhuriyyətinin dövlət himnini tribunadakı minlərlə türk azarkeş “Bozqurd” işarəsi göstərməklə oxuyub.

Bununla onlar həm də millinin futbolçusu Merih Demirala UEFA tərəfindən verilmiş cəzaya etiraz ediblər.

Məlum olduğu kimi, Avstriya ilə 1/8 final oyununda 2 qol vuran Merih “Bozqurd” işarəsi göstərdiyinə görə 2 oyunluq cəzalanmış və Niderlandla vacib matçı buraxmaq məcburiyyətində qalmışdı.

Türkiyə himni çalınarkən TV yayımının alman rejissorları azarkeşkəri yaxın planda göstərməyiblər. Həmin görüntülər yalnız sonradan azarkeşlərin özləri tərəfindən sosial mediada paylaşılıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!