“Ermənilər nə vaxt Azərbaycana gəlibsə… Bundan sonra da belə olacaq”

27 İyul 2023 04:00 Gündəm 1 338
“Ermənilər nə vaxt Azərbaycana gəlibsə… Bundan sonra da belə olacaq”

“Ermənilər nə vaxt gəliblərsə, Azərbaycan tərəfi təhlükəsizliyi təmin edib.

Bundan sonra da belə olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün Ermənistan təmsilçilərinin qeydiyyatdan keçmələrinə münasibət bildirərkən deyib.

Nazir turnirdə bütün ölkələrin təhlükəsizliyinin təmin olunacağını diqqətə çatdırıb:

“Ölkəmizdə bir çox beynəlxalq tədbirlər təşkil edilir. Bunlar hər dəfə yüksək səviyyədə keçirilir”.

Dünya çempionatı 14 avqust - 1 sentyabr tarixlərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti