“Düşünürəm ki, tezlikə bu barədə məlumatı ictimaiyyətə açıqlaya biləcəyik”

24 İyun 2023 04:00 Gündəm 698
“Düşünürəm ki, tezlikə bu barədə məlumatı ictimaiyyətə açıqlaya biləcəyik”

“Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında keçiriləcək danışıqların yeni tarixi yaxın zamanlarda açıqlanacaq”.

Bu barədə məlumatı Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan açıqlayıb.

Onun sözlərinə görə, hazırda görüşün tarixi barədə müzakirələr aparılır: “Düşünürəm ki, tezlikə bu barədə məlumatı ictimaiyyətə açıqlaya biləcəyik”.

Daha əvvəl Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun iyunun 12-də başlayacağını bildirmişdi. Görüş daha sonradan təxirə salınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti