
"Mingeçevir"in sponsor intizarı başa çatır.
I Liqa təmsilçisi bu gün himayədarı ilə tərəfdaşlıq müqaviləsi imzalayacaq.
Mərasim Bakıda keçiriləcək.
"İşıqlar şəhəri"nin eyniadlı komandası bundan sonra ASTA-nın (Azerbaijan Sport Talents Academy). "çətir"i altında fəaliyyət göstərəcək.
ASTA Mingəçevir klubuna sponsor olmaq istəyir və bu məqsədlə AFFA-ya müraciət edib.
ASTA-nın nümayəndəsi federasiyanın İcraiyyə Komitəsinin son toplantısına qatılıb və şəhərin futbol həyatıyla bağlı layihəni təqdim eləyib.
ASTA "Mingəçevir"ə ilkin mərhələdə 500 min manat ayırıb.
Komandanın sükanı Füzuli Məmmədova tapşırılıb. O, bura AFFA-dakı tanışları vasitəsilə gətirilib.
Son olaraq U-18 yığmasını çalışdırmış mütəxəssis federasiyanın Texniki direktoru Cahangir Həsənzadə və Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru Tural Piriyevin təqdimatı ilə komandanın başına keçib.
Onun qarşısına "Mingəçevir"i I Liqada sazlamaq vəzifəsi qoyulub. Oyun "alver"inə qurşanmış kollektivin 13 turdan sonra 6 xalla turnir cədvəlinin son pilləsində yer almasını xatırladaq.
SPORTİNFO.AZ