Ermənilər bu kənddən ÇIXARILIR: "İyunun 24-nə qədər vaxt verilib"

19 May 2024 07:50 Gündəm 1 116
Ermənilər bu kənddən ÇIXARILIR: "İyunun 24-nə qədər vaxt verilib"

Kirants kəndində yaşayan iki ailə sərhədin delimitasiyası ilə əlaqədar evlərindən çıxarılır.

Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Kirants sakini Artak Qazaryan vurğulayıb ki, ev sahibləri torpaqlarını Ermənistandan alıblar və əllərində bunu sübut edən kadastr şəhadətnaməsi var, lakin bu sənəd onları köçürülməkdən qorumur.

“Onlara evləri boşaltmaq üçün iyunun 24-nə qədər vaxt verilib: kəndin bu hissəsi Ermənistan-Azərbaycan sərhədinin o tayında qalır”, - agentlik Kazaryandan sitat gətirib.

Bundan əvvəl Ermənistan və Azərbaycan sülh sazişi üzrə danışıqların birinci mərhələsini başa çatdırıblar .

Azərbaycan prezidenti İlham Əliyev sərhədlərin delimitasiyasının Azərbaycan tərəfinin şərtləri ilə aparıldığını bəyan edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş