"Hazırda Qarabağda sülhməramlılar lazım deyil"

18 Aprel 2024 15:30 Gündəm 731
"Hazırda Qarabağda sülhməramlılar lazım deyil"

"Hazırda Qarabağda sülhməramlılar lazım deyil".

Bunu Rusiya Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Aleksey Juravlyov “RİA-Novosti”yə açıqlamasında Rusiya sülhməramlı kontingentinin Azərbaycandan vaxtından əvvəl çıxarılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda missiyasının başa çatdığını demək olar:

“Dinc sakinləri qorumaq mümkün oldu, onlara yardım göstərildi. Hazırda sülhməramlılar lazım deyillər, çünki Qarabağda qarşı-qarşıya olan tərəflər yoxdur. Qarabağın Azərbaycana mənsub olması isə heç kimdə şübhə doğurmur”.

Azərbaycan və Rusiya rəhbərləri ölkədə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər və Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması prosesi başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...