Qarabağla bağlı iclas keçirəcək - BMT-nin Təhlükəsizlik Şurası

16 Avqust 2023 07:00 Gündəm 626
Qarabağla bağlı iclas keçirəcək - BMT-nin Təhlükəsizlik Şurası

Bu gün BMT-nin Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı iclas keçirəcək.

Bu barədə məlumatı ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi açıqlayıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin “Report”a verdiyi məlumata görə, Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda keçiriləcək bu iclasda iştirak edəcək.

Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan isə öz növbəsində ölkənin XİN başçısı Ararat Mirzoyanın sözügedən iclasda iştirak etmək üçün Nyu-Yorka səfər edəcəyini açıqlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti