Bu gün gözlənilən hava şəraiti - Temperatur 44°-yə yüksələcək

12 Avqust 2023 08:00 Gündəm 657
Bu gün gözlənilən hava şəraiti - Temperatur 44°-yə yüksələcək

Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz 37-40°, bəzi yerlərdə 41-42° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 16-21° isti, gündüz 29-34° isti olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...