Eks "Qarabağ"lı hücumçu yenidən Azərbaycanda?

11 Avqust 2023 07:40 Gündəm 4 183
Eks "Qarabağ"lı hücumçu yenidən Azərbaycanda?

"Qarabağ"ın keçmiş hücumçusu Samuel Armenteros yenidən Azərbaycan Premyer Liqasında oynaya bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, menecerləri 33 yaşlı forvarddan Premyer Liqamızda oynamaq istəyib-istəməməsi haqda fikrini soruşub.

İsveç millisinin üzvü buna müsbət yanaşıb.

Hazırda onun xidmətində maraqlı olan Azərbaycanın yalnız bir klubu var. Sadəcə həmin klub Armenterosun maliyyə şərtlərini qarşılaya biləcək ya, yox dəqiq deyil.

Təcrübəli forvard “Herenven”, “Herakles Almelo”, “Anderlext”, “Feyenoord”, “Villem II”, “Qarabağ”, “Benevento”, “Portland Timbers”, “Krotone”, “Fujarah” klublarında çıxış edib.

Son olaraq "Herales Almelo" formasını geyinmiş isveçli hazırda azad agent statusunu daşıyır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...