Azərbaycan futbolu ağır bir avrokubok həftəsini arxada qoydu.
Dörd komandamızdan biri mübarizəni dayandırdı, “Qarabağ” isə Çempionlar Liqsaıyla vidalaşıb, Avroliqaya düşdü.
Başlayaq elə “Qarabağ”dan. Ağdam klubnun Çempionlar Liqasıyla belə erkən vidalaşması hamı üçün gözlənilməz oldu.
“Qarabağ” 2014-cü ildən bu yana oynadığı Çempionlar Liqasında heç vaxt mübarizəni ikinci təsnifat mərhələsində dayandırmamışdı.
Birinci təsnifatda Cəbəllütariq çempionunu birnəfəsə keçən Qurban Qurbanovun komandası “Rakuv” səddində ilişdi.
İndiyədək “Visla”. “Piast”. “Lex” və “Legiya” kimi Polşa klublarını avrokuboklarda məğlub edən “Qarabağ” “Rakuv”a 2 oyundan heç birində qalib gələ bilmədi.
Polşadakı oyun sırf Şahrudidin Məhəmmədıiyevin güdazına getdi. “Qarabağ”a hər yay hansısa vacib oyunda zərbə vuran dağıstanlı qapıçı bu dəfə “bomba”nı Polşada partlatdı.
Səfərdə heç nədən uduzmağımız bizə od qoysa da, ümid edirdik ki. cavab oyununda “Qarabağ” qələbə qazanar, komanda yoldaşları Şahruddinin səhvlərni unutduraradı.
Təəssüf ki, olmadı. Dərd təkcə qapıçı olsaydı, nə vardı ki?
“Qaarabağ” ötən il də səfərdə Polşa çempionuna – “Lex”ə uduzmuçdu. Hətta Bakıdakı matçda da hesabı “Lex” açmışdı.
Amma onda heyətdə Kadi kimi oyunu üzərinə götürən, komandanı arxasınca aparacaq oyunçu vardı. İndi isə yoxdur.
Ümidimz Zubirə idi. O da “Rakuv”la görüşlərdə etimadı doğrultmadı. Əla formada olan Veşovoçin zədələnməsi də işmizi bir yandan çətinləşdirdi.
Qışda bəh-bəhlə transfer olunan -adları gurultulu səslənən Yassin Benzia və Adama Diakabi isə belə görünür, yaralı barmağa dərman olan deyillər.
7 ayın yarısını lazaretdə keçiriblər: nə liderlik keyfiyyətlərini görürük, nə də xüsusi ustalıq səviyyələrini. Benzia meydanda bəzən fərq yaratmağa çalışır,
Diakabi ümumiyətlə, vaxtı keçmiş məhsula bənzəyr. Yalnız Redon Cicaya afərin! “Rakuv”la 2 matçda ümumilikdə 3 dəfə fərqlənən albaniyalı forvard “Qarabağ”ın qol ümidinıə çevrilməkdədir.
Amma anlaşılmayan nəsnələr də var. Cica həm ilk, həm də cavab oyununda qol vurduqdan az sonra əvəzləndi və Qurban Qurbanov bunun doğru-dürüst izahını mətbuat konfransında vermədi.
Əgər sənin Cicadan başqa qol ümidin yoxdursa, onu oyundan alıb, hələ “Qaarabağ”a tam uyğunlaşmamış Keytaya güvənmək nə dərəcədə doğrudur?
“Qarabağ”ın 2023-cü ilin yanvarından bəri etdiyi transferlər hələlik özünü doğrultmur. Rəhbərlik pul xərcləmək istəmir, yoxsa bu heyəti yetərli sayırlar, bilmirəm.
Fakt odur ki. “Qarabağ” bu heyətlə Çempionlar Liqasında çox uzağa gedə biıməzdi, getmədi də. Şahruddin kimi qeyri-stabil qapıçın varsa, hər an qəfil ölümə hazır olmalısan.
Qurban Qurbanov Azərbaycan futbol tarixinə “Qarabağ”la qazandığı uğurlara görə ən yaxşı məşqçi kimi düşüb və bunun müqabilində haqqı olan azarkeş sevigisini, dövlətin və medianın dəstəyni qazanıb.
Amma peşəkar idmanın sərt üzü də var. Tərifi, təltifi olduğu kmi, tənqidi də var.
Çempion olanda məşqçini atıb tutanlar, uduzanda göydən yerə endirə də bilər.
Baş məşqçi olaraq qapıçını müdafiıə edib, tənqidlərin qarşsına sinəni sipər etmək istəyirsənsə, onda azarkeşdən və mediadan incimək, aqressivləşmək nəyə lazım Qurban hoca?
Axı, bu, Şahruddinin nə ilk, nə də əminəm ki, sonuncu səhvi deyil.
Bu insanları qələbəyə siz öyrəşdirmisiz, onlar öz qəhrəmanını daim qalib, daim yüksəkdə görmək istəyir. Kütlə amansızdır, bu gün sevdiyini sabah tərk edə bilər.
“Real Madrid” İker Kasilyas kimi əfsanəsini yaşı çoxdur deyə göz yaşına baxmadan yola saldı.
Şahruddin “Qarabağ”ın Kasilyası oldumu, biz ona dəstək vermədik?
Amma kütlə içində haqsız, düşünəcsiz danışanlar da az deyli. Məsələn. “Qurbanov istefa verməlidir”, “Qarabağ bitdi” falan.
Şəxsən əminəm ki, “Qarabağ” 10-cu dəfə ardıcıl qrup mərhələsində - azı Konfrans Liqasının qrupunda olsa belə, oynayacaq və bunu avqustun 10-17-də Finlandiya təmsilçisi HİK-lə duellərdə təmin edəcək.
Avroliqanın qrupunda düşməyimiz də tam realdır. Yəni, “Qarabağ” Çempionlar Liqasıyla vidalaşıb deyə, faciə baş verməyib.
Zatən, indiyədək bir dəfə Çempionlar Liqasında qrup görmüşük. Deməli, bizim futbol hələ Çempionlar Liqasının qrupu səviyyəsində deyil.
Konfrans Liqasındakı təmsilçilərimizə gəlincə, “Qəbələ”yə əvvəldən ümid az idi. Azərbaycan Kubokunun sahibi mövsüm bitən kimi ən yaxşı oyunçuları ilə sürətlə vidalaşmağa başladı.
Onlara təklif olunan transfer şərtləri cəlbedici idi və “Qəbələ”nin o qədər geniş olmayan büdcəsi həmin futbolçuları saxlamaq üçün yetərli deyildi.
Bu da nəticəsi! İndiyədək heç bir Kipr klubu iki oyunda Azərbaycan komandalarına 7 qol vurmayıb, amma “Qəbələ”yə vurdular.
1:4 hesabıyla uduzduqlaır gün 43 yaşını tamamlayan baş məşqçi Elmar Baxşıyev belə xoşagəlmız doğum gününü, yəqin ki, ömür kitabçasından silmək istəyər.
Tarixindıə ilk dəfə avrokuboklarda oynayan “Sabah” bunu özü üçün necə lazımdırsa, əlamətdar etdi. Latviyanın RFS klubuna hər iki matçda qalib gələn Murad Musayevin komandası avrokubok çıxışına əla start verdi.
“Sabah”ın oyun keyfiyyətinndən narazı olanlar da var, amma bu, əhəmiyyətsiz məsələdir. Əsas nəticədir, onu da “Sabah” qazandı.
Minimum vəzifə yerinə yetirildi. Qarşıda isə çox ciddi rəqib - Serbiya “Partizan”ı var.
Belqrad klubunun maddi sıxıntıları olsa, bir necə önəmli futbolçusuyla vidalaşsa da, həmişə təhlükləli olaraq qalırlar.
“Neftçi” haqqında, axır ki, poztiv danışmaq üçün əsas var. Klub prezidentini, baş məşqisini, hətta stadionunun adını belə dəyişərək, konkret sıfırdan qurulur.
Kamran Quliyevin postundan göndərilməsiylə Elxan Məmmədovun əsarətindən qurtulan “ağ-qaralar”da üzlər gülür.
Yeni baş məşqçi Adrian Mutu haqqında fikir bildirmək çox tezdir. Amma əlində olan sınıq-salxaq, hücumçusuz heyətlə ilk mərhələni keçməyini alqışlamaq olar.
“Jelezniçar”ın fanatlarından tutmuş oyunçu və məşqçilərinə qədər davranışları xoş deyildi.
Belə burnu yuxarı rəqibin ağzını meydanda futbolla yaxşıca əzişdirdiyinə, bosnyalıların dikbaş baş məşqçisi Nermin Başiçin başını ağrıdıb oyunsonrası mətbuat konfransına gəlməməsinə səbəb olduğuna görə “Neftçi”nin qələbəsi zövq verdi.
Qarşıda isə ağ-qaralı derbi var. Rəngləri eyni iki komanda – “Neftçi” və “Beşiktaş”. “Qardaşlıq qalib gəlsin” tipli futbol üçün yersiz söhbətləri qoiyaq kənara.
Biz “Neftçi”dən İstanbul nəhəngiylə duellərdə də Azərbaycan futbolunun flaqmanı adına layiq oyun gözləyirik. Əgər flaqman adına iddia edirsənsə, bunu oyununla, nəticənlə sübut etməlisən.
İlkin Fikrətoğlu

