Sonra “xəbərimiz olmadı” deməyin - “Beşiktaş” Bakıda bu oteldə qalacaq

9 Avqust 2023 18:00 Gündəm 1 253
Sonra “xəbərimiz olmadı” deməyin - “Beşiktaş” Bakıda bu oteldə qalacaq

Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Beşiktaş” Bakıya gəlib.

İstanbul nəhəngini gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Qara qartal”ı azarkeşlər hava limanında böyük coşqu ilə qarşılayıb.

Qonaqlar bu gün axşam görüşün keçiriləcəyi “Neftçi Arena”da ölkəmizdə ilk və son məşqinə çıxacaq.

“Ağ-qaralar”ın mübarizəsini işıqlandırmaq üçün Türkiyədən Azərbaycana 20-yə yaxın media mənsubunun təşrif buyurub. Bununla bağlı “Neftçi”yə akkreditasiya müraciəti olunub.

“Beşiktaş” azarkeşlərini maraqlandıran sual qonaqların hansı oteldə qalacağıdır.

“Neftçi”nin rəqibi raatlığına və yerləşdiyi məkana görə digərlərindən fərqlənən “Fairmont”u seçib. Di gəl, azarkeşlər üçün sevimli futbolçulardan imza almaq və ya şəkil çəkdirmək müşkülə çevriləcək.

Çünki təhlükəsizliklə bağlı tədbirlər ən yüksək səviyyədə olacaq. “Beşiktaş” bununla bağlı təşkilatçı şirkətdən xahiş edib.

Avqustun 10-da “Neftçi Arena”da keçiriləcək ilk oyun saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO,AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti