Premyer Liqa klubu aldığı legionerlərin sayını 10-a çatdırdı – SON DƏQİQƏ

9 Avqust 2023 10:40 Gündəm 2 322
Premyer Liqa klubu aldığı legionerlərin sayını 10-a çatdırdı – SON DƏQİQƏ

“Araz Naxçıvan” düşərgəsindəki legionerlərin sayını 10-a çatdırıb.

Semir Bukviçin Premyer Liqanın birinci turunda "Turan Tovuz"la matçdakı (0:3) bərbad performansını görən bölgə klubu yeni qapıçı gətirib.

Muxtar Respublika təmsilçisi az öncə Kristina Avramla münasibətlərini rəsmiləşdirib. Moldova yığmasının qapıçısı ilə imzalanan müqavilənin müddəti 1 ildir.

29 yaşlı “əlcək sahibi” Azərbaycanda keçirəcəyi mövsüm ərzində 70 min dollar alacaq.

Onun son klubu ölkəsində "Petrokub" olub. Naxçıvan təmsilçisi Kristina görə qarşı tərəfə 20 min dollar civarında təzminat ödəyib.

Daha əvvəl "Daçia", "Dinamo Avto"nun şərəfin qoruyan Avram Rumıniya ikinci liqa təmsilçusi "Buzau"da qısa müddət legioner həyatı da yaşayıb.

O, Moldova millisinin heyətində 8 oyunda meydana çıxıb.

Ümumiyyətlə, “Araz-Naxçıvan” ona kimi yay fasiləsində 9 əcnəbi ilə güclənib. İqor Ribeyro, Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi legionerləri heyətə qatıblar.

Həmçinin, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Abdulla Rzayevlə də müqavilə bağlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...