İngiltərəli hücumçu Azərbaycan klubundan 100 min alacaq

4 Avqust 2023 19:00 Gündəm 3 246
İngiltərəli hücumçu Azərbaycan klubundan 100 min alacaq

“Araz-Naxçıvan” bu gün Premyer Liqada yeni mövsümün açılışını edəcək.

Səkkiz ildən sonra elitaya dönən Muxtar Respublika təmsilçisi ilk turda “Turan Tovuz”la qarşılaşacaq.

I Liqanın son çempionu “Dalğa Arena”da ev sahibi olaraq meydana çıxacaq.

Başa çatan mövsümdə “Turan Tovuz”un formasında 32 matç keçirən, 6 qol və 6 assistlə yadda qalan Natan Oduva bu ildən “Araz-Naxçıvan”ın şərəfini qoruyacaq.

İngiltərəli hücumçu sabiq komandasına qarşı forma geyinməyəcək “Tottenhem”in yetirməsi yalnız bu gecə saatlarında Azərbaycana təşrif buyuracaq.

Hücumçu birillik müqavilə imzalayacaq. Oduva yeni klubunda 100 min dollar qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...