Azərbaycan klubundan 120 min dollarlıq yeni transfer - FOTO

2 Avqust 2023 16:40 Gündəm 3 374
Azərbaycan klubundan 120 min dollarlıq yeni transfer - FOTO

“Araz-Naxçıvan” yeni legionerlə müqavilə bağlayıb.

Muxtar Respublika təmsilçisi Elvis Maşikeni transfer edib.

Konqolu yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Bu gün Bakıya gələn 29 yaşlı hücumameyilli oyunçu tibbi müayinədən keçdikdən sonra kollektivə qoşulub.

Afrikalı son olaraq Malta klubu “Xamrun Spartan”ın formasını geyinib.

O, buna qədər Çexiya və Slovakiyanın “Jilina”, “Senitsa”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered” və “Banik Ruzina” komandalarında çıxış edib.

“Araz Naxçıvan”ın yeni legionerinə nə qədər pul ödəyəcəyi də məlumdur. Konqolu qarşıdakı 1 il ərzində Azərbaycanda 120 min dollar qazanacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...