Bugündən cərimələr başlayır

1 Avqust 2023 13:00 Gündəm 753
Bugündən cərimələr başlayır

Bugündən etibarən Milli Məclis tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə edilmiş əlavə və dəyişiklik qüvvəyə minir.

Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped (BDYPİ) sürücülərinə müraciət edib.

Dəyişikliyə əsasən, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin qeydiyyatdan keçməməsi sabahdan etibarən inzibati məsuliyyət yaradacaq.

Eyni zamanda, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan mexaniki nəqliyyat vasitələrini idarə edən şəxslərdən “A1” altkateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti