Azərbaycan brendi İstanbul nəhənginin formasında - VİDEO

31 İyul 2023 17:20 Gündəm 757
Azərbaycan brendi İstanbul nəhənginin formasında - VİDEO

SOCAR və “Qalatasaray” arasında sponsorluq anlaşması olub.

Sportinfo.az xəbər veirr ki, bu gün “Ali Sami Yen” İdman Kompleksində tərəflər arasında imza mərasimi keçirilib.

Müqaviləni “SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov və “Qalatasaray”ın prezidenti Dursun Özbek imzalayıb.

Üçillik sponsorluq sözləşməsinin ümumi dəyəri 15 000 000 avro təşkil edir.

Belə ki, “Qalatasaray” 2023/2024 mövsümündən UEFA-nın bayrağı altında təşkil olunan bütün rəsmi klub turnirlərində sinəsində SOCAR yazısı olan formada çıxış edəcək.

İmzalanma mərasimində iştirak edən “Qalatasaray”ın futbolçuları Kerem Aktürkoğlu, Yunus Akgün və Lukas Toreyra dəstəyə görə SOCAR-a təşəkkür edib.

SOCAR, həmçinin, mediada “Qalatasaray Futbol Komandasının Enerji Sponsoru” ifadəsindən istifadə etmək hüququna da sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...