Səkkiz ildən sonra Premyer Liqaya qayıdan “Araz Naxçıvan” yeni mövsümə Azər Bağırovla başlayacaq.
Ötən il komandanı I Liqanın çempionu edən mütəxəssislə müqavilənin müddəti yaxınlarda birillik uzadılıb.
Fəqət...
İyulun əvvəlində iş başına keçən rəhbərlik heç də onu tam dəstəkləmir. Yeni yönətimdə yer alanlar arasında Bağırovla bağlı fikir ayrılığı mövcuddur. əksəriyyət ona qısamüddətli şans verilməsini istəyir.
Və güman ki, belə də olacaq. Artıq əlimizdə xəbərlər var ki, gənc çalışdırıcının gələcək aqibəti Premyer Liqanın ilk 6-7 həftəsi ərzində müəyyənləşəcək.
Muxtar Respublika təmsilıçisi ilk turlarda ümidverici nəticələr əldə eləməsə, yəni, məğlubiyyətləri sıralasa, onunla əməkdaşlığa vaxtından xeyli tez son veriləcək.
Ehtiyat iğidin yaraşığıdır. Rəsmilər B variantı üzərində artıq işləməyə başlayıb. Bir neçə namizədlə danışıqlara start verilib.
Baş məşqçi postuna gətirilə biləcək çalışdırıcılarla görüşmələr bir xətt üzrə aparılır - komandanı avrokuboklara daşımaq.
Xeyr, biz zarafat etmirik. “Araz naxçıvan”ın başına keçən insanlar həqiqətən belə bir iddiadadır.
SPORTİNFO.AZ

