“Komandaya qarşıdakı günlərdə yeni futbolçular qoşulacaq, işimiz çoxdur və çətindir”

29 İyul 2023 23:20 Gündəm 1 073
“Komandaya qarşıdakı günlərdə yeni futbolçular qoşulacaq, işimiz çoxdur və çətindir”

“Qəbələ toplanışı məşqçilər üçün bəzi məqamlara aydınlıq gətirmək baxımından faydalıydı.

Yeni dəvət etdiyimiz legionerlərin fiziki, taktiki və mental olaraq uyğunlaşması baxımından diqqətçəkən amillər oldu".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə komandanın Qəbələ toplanışını dəyərləndirərkən deyib.

"Komplektləşmə baxımından işlər davam edir, komandaya qarşıdakı günlərdə yeni futbolçular qoşulacaq. İşimiz çoxdur və çətindir.

Mövsümün startına çox az vaxt qalıb. Oyunlar zamanı istifadə edəcəyimiz taktiki gedişlərin futbolçular tərəfindən mənimsənilməsi lazımdır.

Düzdür, ilk 1-2 həftə çətin olacaq, amma tədricən öhdəsindən gələcəyik" - deyə o bildirib.

Mütəxəssis Qəbələ toplanışını ikitərəfli oyunla yekunlaşdırdıqlarını vurğulayıb:

" Futbolçular onlardan nə istədiyimizi meydanda praktiki olaraq göstərməyə çalışdılar. Bəzi məqamlarda istəyimizə çatdıq, elə epizodlar oldu ki, narazı qaldıq.

Xətlərarası əlaqədə çatışmazlıqlar var, ona görə də qarşıdakı günlərdə bunun üzərində işləyəcəyik.

Mövsümə 60-70 faiz hazırıq. Buraxılmış günləri mütləq kompensasiya etməliyik. Bir sözlə, işimiz çoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...