"Qarabağ" müqavilə təklif etdi – Getmək fikrindən daşınan legionerə

29 İyul 2023 13:00 Gündəm 5 698
"Qarabağ" müqavilə təklif etdi – Getmək fikrindən daşınan legionerə

«Qarabağ» yeni mərkəz müdafiəçisi axtarışlarını dayandırıb.

Ağdam klubu bu mövqeyə gözdən keçirdiyi 3-4 namizədlə danışıqlara son verib.

Buna səbəb Kevin Medinanın qərarıdır. Belə ki, kolumbiyalı «Çaykur Rizespor»a yollanmaqdan fikrindən vaz keçib və burada qalıb.

Cənubi amerikalı «Tank»ın mövqeyini nəzərə alan «köhlən atlılar» onunla əməkdaşlığın müddətini uzatmaqda maraqlıdır.

Azərbaycan çepmpionu hazırkı sözləşməsi gələn ilin yayında bitəcək 30 yaşlı arxa xətt oyunçusu ilə müqavilənin müddətini daha 3 il uzatmaq niyyətindədir.

Tərəflər arasında bununla bağlı müzakirələr artıq başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...