Tibbi ehtiyacları olan ermənilər Laçındakı məntəqədən keçdi

28 İyul 2023 18:30 Gündəm 529
Tibbi ehtiyacları olan ermənilər Laçındakı məntəqədən keçdi

Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində, Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədi buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.

Xankəndidən Gorus istiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib.

Həmin 34 şəxsin 11-i BQXK üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub.

Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur.

Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti