“Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır” - Emin Hüseynov

27 İyul 2023 08:10 Gündəm 723
“Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır” - Emin Hüseynov

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verildiyi kimi, Ermənistan tərəfindən nəqliyyat vasitələrini cəmləməklə Laçın dövlət sərhədindən keçid məntəqəsində siyasi manipulyasiya və propaqanda məqsədilə təxribata cəhd göstərilir”.

Bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov qeyd edib: “Müxtəlif səviyyələrdə Azərbaycan tərəfindən bəyan edilib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.

Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyil. Burada məqsəd siyasi şou və siyasi möhtəkirlikdən başqa bir şey deyil.

Bir daha bildiririk ki, Ağdam-Xankəndi yolu malların daşınması üçün açıqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...