“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü planlaşdırılır”

26 İyul 2023 15:30 Gündəm 846
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü planlaşdırılır”

“Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır”.

Bunu üçtərəfli görüşün yekunlarından sonra keçirilən mətbuat konfransı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, hazırda həmin görüşün dəqiq tarixi açıqlanmayıb.

"Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Bakı və İrəvana razılaşmaların tapılmasında səmimi şəkildə maraqlı olanların, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq", - deyə Lavrov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...