“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir"

26 İyul 2023 14:20 Gündəm 1 118
“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir"

“Fatih Terimə Azərbaycan və Qətərdən müntəzəm təkliflər gəlir”.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumusu Necati Ateş yerli mətbuata açıqlamasında deyib.

Terimin “Qalatasaray”da köməkçisi olmuş mütəxəssis Azərbaycanda çalışmaq ehtimalını istisna etməyib:

“Fatih Terim məşqçilik karyerasını başa vurmayıb və yenidən çalışmaq istəyir. Türkiyədə yalnız “Qalatasaray”ın sükanı arxasına keçər.

Amma ölkə xaricində çalışması da mümkündür. O, hər an karyerasını bərpa edə bilər”.

Fatih Terim məşqçilik karyerası ərzində “Qalatasaray”la yanaşı, Türkiyə yığmasına, eyni zamanda, İtaliyada “Fiorentina” və “Milan”a da rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...