"Son vaxtlar nələrin baş verdiyini Azərbaycan futbol ictimaiyyəti bilir"

26 İyul 2023 02:10 Gündəm 1 186
"Son vaxtlar nələrin baş verdiyini Azərbaycan futbol ictimaiyyəti bilir"

"Araz Naxçıvan"ın futbolçusu Vadim Abdullayev "CBC Sport" kanalına açıqlama verib.

Sporitnfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandanın yeni mövsümə hazırlığını dəyərləndirib.

O, çətin dönəmdən keçdiklərini bildirib:

"Təbii ki, avrokuboklar üçün tezdir. Yəqin ki, məşqçilər heyətinin qarşısına məqsəd qoyulub.

Sağlam komanda formalaşdırıb gələcək üçün bünövrə qoymaq istəyirik. Sona qədər yaxşı yerlər uğrunda mübarizə aparacağıq.

Son pillələr üçün oynamayacağıq. I Divizionda necə mübarizə aparıb çempion olduqsa, Premyer Liqada da çalışacağıq ki, bütün rəqiblərə gücümüzü göstərək.

Hər kəs bilir ki, yeni komanda qurulanda çətinliklər olur. Son vaxtlar nələrin baş verdiyini Azərbaycan futbol ictimaiyyəti bilir.

Çətin dönəmdən keçirik. Amma bunun öhdəsindən gələcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...