Oskanyandan HƏYƏCANLI açıqlama: “Qarabağ erməniləri Azərbaycanın içində əriyəcək”

24 İyul 2023 18:30 Gündəm 924
Oskanyandan HƏYƏCANLI açıqlama: “Qarabağ erməniləri Azərbaycanın içində əriyəcək”

“Paşinyan açıq şəkildə Qarabağın Azərbaycanın bir hissəsi olduğunu deyir və etiraf edir.

Üstəlik, bunun müqabilində qarşılıqlı tələb irəli sürmür”.

Bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbuk videomüraciətində bildirib.

Oskanyanın fikrincə, Paşinyanın siyasətinin davamı olaraq sənədin imzalanması nəticəsində Qarabağ erməniləri Azərbaycanın tərkibində əriyib gedəcək.

“Bakı ilə Xankəndi arasında dialoqun olacağından bəhs edən tezis formallıqdır, xalqın gözünə kül üfürmək cəhdidir.

Sənədi imzalayandan sonra dialoqun başlandığı andan hesab edin ki, artıq Qarabağ Azərbaycanın tərkibindədir və məsələ bağlanıb”, - deyə Oskanyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...