Belçika klubunun bosniyalı legioneri “Araz-Naxçıvan”la müqavilə imzaladı

24 İyul 2023 16:40 Gündəm 814
Belçika klubunun bosniyalı legioneri “Araz-Naxçıvan”la müqavilə imzaladı

“Araz-Naxçıvan” daha bir əcnəbi transfer edib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqaya qayıdan komanda bosniya və herseqovinalı Numan Kurdiçlə heyətini gücləndirib.

Bu gün Bakıya gələn mərkəz müdafiəçisi tibbi müayinədən sonra 1 illik müqavilə imzalayıb. Kurdiç bu gun komandanın Qəbələdəki toplanışına qoşulacaq.

24 yaşlı oyunçu karyerası ərzində yerli “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib.

O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...