Azərbaycan klubları III etapda kimlərlə qarşılaşa bilər? - Konfrans Liqası

24 İyul 2023 11:20 Gündəm 832
Azərbaycan klubları III etapda kimlərlə qarşılaşa bilər? - Konfrans Liqası

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanın bu turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri müəyyənləşəcək.

Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq.

Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.

Əsas yolda 27, Çempionlar Yolunda isə 5 cütlük bəlli olacaq.

Konfrans Liqasında III raundun oyunları avqustun 10-da və 17-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...