"Qalatasaray" və "Fənərbaxça" kubok üçün Bakıya gəlir? - VACİB AÇIQLAMA

24 İyul 2023 17:20 Gündəm 4 044
"Qalatasaray" və "Fənərbaxça" kubok üçün Bakıya gəlir? - VACİB AÇIQLAMA

Dünən sosial şəbəkələrdə yayılan bir məlumat ölkəmizdə olan türkiyəli futbol azarkeşlərinin ürəyinə yağ kimi yayıldı.

Söhbət "Qalatasaray" və "Fənərbaxça" arasında keçiriləcək superkubok matçının ölkəmizdə keçiriləcəyi ilə bağlı iddiadan gedir.

Məlumatda qarşılaşmanın Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcəyi də qeyd olunub.

Maraqlıdır, yayılan informasiya həqiqəti əks etdirirmi?

Sorğumuza cavab olaraq BOS-un mətbuat xidmətinin rəhbəri Fərid Əsədov aşağıdakıları dedi:

"Mediada yazılanları biz də oxumuşuq. İddialardan xəbərimiz var. Bu, sadəcə iddia olaraq qalır. Belə bir müraciət bizə daxil olmayıb.

Məntiqlə yanaşsaq bu halda ilk müraciət ölkənin futbol federasiyasına daxil olmalıdır. AFFA-ya belə bir müraciət daxil olsaydı, bilirik ki, bizimlə dərhal əlaqə saxlanardı.

Stadionun durumu barədə məlumat alardılar. Ancaq ortada rəsmi heç bir şey yoxdur. Gələcəkdə olmayacaq deyə idda da irəli sürmək olmaz.

Bəlkə Türkiyə Futbol Federasiyası özlüyündə belə bir qərar verib və quruma yaxın mətbuat orqanları da məsələni işıqlandırıb.

Əksini iddia edə bilmərəm. Amma bu günə olan fakt odur ki, BOS-a belə müraciət daxil olmayıb".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti