“Araz Naxçıvan”ın 3 komandasına yeni baş məşqçi təyin olunub.
“Şamaxı-2“nin sabiq çalışdırıcısı Zaur İsmayılovun klubun əvəzedici heyətinin sükanı arxasına gətirilməsi günlər öncə bəlli idisə, bu dəfə U-19 və U-17-nin çalışdırıcıları müəyyənləşib.
19 yaşlılar Xəyal Mustafayevə, 17 yaşlılar Elşad Məmmədova tapşırılıb. Sonuncunun Qara Qarayevi futbola gətirən məşqçi olmasını da xatırladaq.
Hər üç kollektiv Bakıda çıxış edəcək. U-17, U-19 və əvəzedici komandalar üzümüzə gələn növbəti mövsümdən etibarən ev oyunlarını paytaxtda keçirəcək.
Premyer Liqanın yeni iştirakçısının dogma məkandan uzaq düşməsi müxtəlif səbəblərdən irəli gəlir.
Bunlardan biri stadion problemidirsə, digəri regionda yeniyetmə və gənc futbolçuların sayının məhdud olmasıdır.
SPORTİNFO.AZ

