10-dan çox legioner imtina etdi, yeni rəhbərlik transfer büdcəsini xeyli artırdı

21 İyul 2023 11:40 Gündəm 2 824
10-dan çox legioner imtina etdi, yeni rəhbərlik transfer büdcəsini xeyli artırdı

“Araz-Naxçıvan” transfer büdcəsinə yenidən baxıb.

Premyer Liqaya qayıdan bölgə təmsilçisi legionerlərin alınmasına ayrılan vəsaiti nəzərəçarpacaq dərəcədə artırıb.

Buna səbəb əksər əcnəbi futbolçuların klubun adını eşidib Azərbaycana gəlməkdən imtina etməsidir.

Belə ki, I Liqanın çempionu barədə internet resurslarında axtarış verib yetərli qədər məlumat toplaya bilməyən, bəzi hallarda neqativ yüklü informasiyalarla qarşılaşan xarici oyunçular aldığı təklifi dəyərləndirməyə risk etmirlər.

Geridə qalan günlərdə müxtəlif ölkələrdən olan 10-dan artıq legioner məhz bu üzdən «Araz Naxçıvan»ın dəvətini geri çevirib.

Yeni rəhbərlik klubun imicini qaldırmaq və iddialı olduqlarını göstərmək üçün çıxış yolunu büdcə artımında görüb. Baş məşqçi Azər Bağırova icazə verilib ki, aylıq 15-20 min dollar istəyən əcnəbilərlə danışıqlar aparılsın.

“Araz-Naxçıvan” buna qədər 3 legionerlə - bosniyalı Semir Bukviç, portuqaliyalı Nuno Miguel və braziliyalı Vandersonla anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...