“Araz Naxçıvan”ın yeni rəhbərliyinin kimliyi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Klub Muxtar Respublikadan olan iş adamlarının himayəsi altına keçəcək.
AFFA-nın tələbi ilə burada Müşahidə Şurası (MŞ) yaradılacaq. Şurada yer alacaq şəxslərdən biri də Zaur Axundovdur.
2017-2022-ci illər aralığında “Şamaxı”nın Müşahidə Şurasının sədri vəzifəsini tutmuş iş adamı hazırda Azərbaycan Futzal Federasiyasının prezidentidir.
O, AFFA İcraiyyə Komitəsinin də üzvüdür.
“Araz Naxçıvan” Axundova məxsus “Samaya” şirkəti ilə yanaşı, daha 2-3 biznes qurumu maliyyə dəstəyi verəcək.
Zaur Axundovun bölgə təmsilçisinin rəhbərliyinə gətiriləcəyi haqda ilk xəbəri saytımız yayıb.
Hələ aprelin 6-da “Rövnəq Abdullayev tanınmış iş adamını hansı klubun rəhbərliyində görmək istəyir?” başlıqlı informasiya vermişdik
(https://www.sportinfo.az/idman_xeberleri/gundem/167233.html).
Axundov “Şamaxı”nın keçmişində mühüm iz qoyub. Klub onun rəhbərliyi dönəmində iki dəfə ölkə kubokunu qazanıb, Premyer Liqanın bürünc medallarını əldə edib.
Məhz Axundovun gedişindıən sonra “Şamaxı” uğursuzluq yaşayıb, elitadakı yerini itirib.
O, “Araz Naxçıvan”da daha bir çətin missiyanın öhdəsindən gəlməyə çalışacaq. Tanınmış biznesmen Vüqar Abbasovun imtinasından sonra sponsorsuz qalan MR təmsilçisini yenidən ayağa qaldırmalı olacaq.
SPORTİNFO.AZ

