Rövnəq Abdullayev tanınmış iş adamını hansı klubun rəhbərliyində görmək istəyir?

6 Aprel 2023 10:40 Gündəm 2 350
Rövnəq Abdullayev tanınmış iş adamını hansı klubun rəhbərliyində görmək istəyir?

«Şamaxı»nın Müşahidə Şurasının sabiq sədri Zaur Axundov yenidən futbol sektoruna dönə bilər.

Ötən ilin mayında buradan ayrılan tanınmış iş adamının «Araz Naxçıvan»ın rəhbərliyinə gətirilməsi gözlənilir.

Şəxsən AFFA prezidenti Rövnəq Abdullayev bu təşəbbüsü irəli sürüb. Federasiya başçısı növbəti mövsüm Premyer Liqada iştirakı nəzərdə tutulan klubun əslən bu bölgədən olan Z.Axundova tapşırılmasını istəyir.

Sonuncu hazırda Azərbaycan Futzal Federasiyasının prezidentidir. «Şamaxı» onun yönətimində uğurlu çıxışıyla yadda qalıb.

Premyer Liqanın bürünc medallarını qazanan komanda həmçinin ölkə kubkunu əldə edib və iki dəfə avrokuboklara vəsiqə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...