Millimizin futbolçusu Super Liqanı tərk edən klubda

24 İyun 2023 23:20 Gündəm 964
Millimizin futbolçusu Super Liqanı tərk edən klubda

“Ümraniyespor” “Səbail”in futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacağı bildirilib.

“Səbail” iyunun 21-i C.Diniyevi transfer etmişdi. Onun müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə, “dənizçilər”dən hər hansı şərt olmadan ayrıla biləcəyi barədə müvafiq bənd yer almışdı.

“Ümraniyespor” ötən mövsüm Türkiyə Superliqasını tərk edib. Komanda yeni mövsüm 1-ci liqada oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...